Bu ilin yanvar-avqust aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 1456,8 milyon manat olub.

Bu barədə İqtisadiyyat.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,6% çoxdur.

Hesabat dövründə özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,2%-i hüquqi şəxslərin, 48,8%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə illik müqayisədə 10,2% artaraq 739 milyon manat olub.