İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev koronavirus əleyhinə peyvəndin ikinci dozasını vurdurub.

Agentlikdən bildirilib ki, Z.Əliyev ötən gün ikinci dozanı M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında qəbul edib.

Qeyd olunub ki, agentlik sədri peyvənd olunduqdan sonra 20 dəqiqə gözləyib və sonra işə qayıdıb: “Sədr peyvənddən sonra özünü yaxşı hiss edir və hazırda işinin başındadır”.

Xatırladaq ki, Z.Əliyev vaksinin ilk dozasını yanvarın 18-də Bakı Sağlamlıq Mərkəzində vurdurub.report