Yay turizm mövsümü ilə əlaqədar olaraq vətəndaşların Respublikamızın cənub bölgəsindəki çimərlik və istirahət zonalarına kütləvi axını nəzərə alınaraq polis əməkdaşlarının fasiləsiz xidməti təşkil edilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan İqtisadiyyat.az-a verilən məlumata görə, vətəndaşların təhlükəsizliyinin yüksək səviyyədə qorunması məqsədilə əlavə canlı qüvvə cəlb edilib, çimərliklərə naryad qrupları təhkim olunub.

Xüsusilə həftəsonları əhalinin istirahət mərkəzləri və çimərlik zonalarına axını nəzərə alınaraq nəqliyyatın hərəkətininin təhlükəsizliyini və insanların rahat istirahətini təmin etmək üçün polis gücləndirilmiş iş rejimində xidmət aparır.