Bu gün vəfat etmiş deputat Madər Musayev dəfn edilib.

İqtisadiyyat.az "Report"a istinadən xəbər verir ki, mərhum Bakının Binəqədi rayonunda kənd qəbiristanlığında torpağa tapşırılıb.

*** 13:20

Deputat Madər Musayev vəfat edib.

İqtisadiyyat.az xəbər verir ki, deputat xəstəlik səbəbindən bir neçə saat öncə dünyasını dəyişib.

Xatırladaq ki, bir neçə gün öncə Madər Musayevin ayağından xəsarət aldığı üçün xəstəxanaya yerləşdirildiyi və əməliyyat olunduğu haqqında məlumatlar yayılmışdı. 

Madər Musayev 1947-ci il noyabrın 26-da Bakı şəhərində anadan olub. Moskva Kooperativ İnstitutu Bakı filialının Sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirib. “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.