Bu ilin ilk 6 ayı ərzində Azərbaycan dəmir yolları ilə yükdaşıma 7% artaraq 9 milyon 157 min 703 ton təşkil edib.

Bu barədə İqtisadiyyat.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Belə ki, dəmir yolları ilə Azərbaycana 6 ay ərzində 2 milyon 378 min 078 ton yük idxal olunub, 1 milyon 666 min 091 ton yük isə ixrac olunub.

Dəmir yolları ilə ölkə daxilində 1 milyon 585 min 836 ton yük daşınıb. Tranzit yükdaşımaları üzrə göstərici bu ilin 6 ayında 3 milyon 527 min 698 ton təşkil edib.