Saatlıda dəm qazından zəhərlənən müəllim və şagirdlərin son durumu açıqlanıb.

Bu barədə İqtisadiyyat.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, zərərçəkənlərin hər biri ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, ötən gün Saatlı rayonunun Qaranuru kənd sakinləri olan 1965-ci il təvəllüdlü müəllim İsmayılova Göyçək Mətləb qızı, 2013-cü il təvəllüdlü Yarıyeva Fidan Seymur qızı, 2014-cü il təvəllüdlü Nüsrəddin Məhəmməd Samir oğlu, Hüseynli Məhəmməd İlham oğlu, Poladova Gülüstan Rauf qızı, Zahidli Təqi Azad oğlu, Həsənzadə Nazlı Anar qızı, Mənsimli Səadət Rauf qızı və Nuriyeva Tunar Hafiz qızı dəm qazından zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına yerləşdirilib.

Hadisənin onların mikroavtobusda məktəbə gedən zaman baş verdiyi bildirilir.

Sadiq Cavadov