Gürcüstanın XİN rəhbəri İliya Darçiaşvili bu gün İtaliyaya gedəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, səfər  çərçivəsində Darçiaşvili İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tajani ilə görüşəcək.

Səfər aprelin 23-ü yekunlaşacaq.