"Ukraynaya tanklar və PUA-lar da daxil olmaqla 1 milyard avroluq yardım paketi cümə axşamı Danimarka parlamentinə təqdim ediləcək". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Danimarkanın baş naziri Mette Frederiksen deyib.

"Sabah mənim hökumətim Danimarka parlamentinə 1 milyard avro dəyərində hərbi yardım paketi təqdim edəcək. Buraya Ukraynanın hazırda ehtiyac duyduğu şeylər daxildir: sursat, tanklar, PUA-lar", - Danimarka baş naziri qeyd edib.