Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi ünvanında fəaliyyət göstərən quş kəsim sexinə baxış keçirilib.

Agentlikdən "Marja"ya daxil olmuş məlumata görə, baxış zamanı vətəndaş Babayev Ceyhun Rafiq oğluna məxsus sexin qeyd olunan ünvanda gecə saatlarında fəaliyyət göstərdiyi və baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab vermədiyi müəyyən edilib.

Belə ki, qanunsuz emal sahəsində heç bir texniki-normativ tələblərə əməl edilmədən kustar üsulla toyuqların kəsildiyi, daha sonra anti-sanitar şəraitdə tükdən təmizləndiyi və uzun müddət su il doldurulmuş natəmiz vannalarda saatlarla saxlanıldığı aşkarlanıb. Həmçinin baxış zamanı sexdə kəsilən toyuqların qanı və iç orqanlarının anti-sanitar şəraitdə sexin döşəməsinə yığılaraq oradan kanalizasiya xəttinə axıdıldığı məlum olub.

Faktla bağlı ekspertizanın aparılması üçün müvafiq nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub.

Emal sahəsində araşdırmalar davam edir. Araşdırmaların nəticələrinə dair ictimaiyyətə ətraflı məlumat veriləcək.

marjaaz1556190317DSC00570.JPG

marjaaz1556190317DSC00571.JPG

marjaaz1556190317DSC00572.JPG

marjaaz1556190317DSC00573.JPG

marjaaz1556190317DSC00575.JPG

marjaaz1556190317DSC00576.JPG

marjaaz1556190317DSC00577.JPG

marjaaz1556190356DSC00578.JPG

marjaaz1556190356DSC00579.JPG

 

marjaaz1556190356DSC00581.JPG

marjaaz1556190356DSC00582.JPG

marjaaz1556190356DSC00583.JPG

marjaaz1556190356DSC00584.JPG

marjaaz1556190356DSC00585.JPG

marjaaz1556190356DSC00586.JPG

marjaaz1556190356DSC00587.JPG