Botsvanada koronavirusa yoluxma halı aşkarlanıb.

“Report”un məlumatına görə, bu barədə “Reuters” məlumat yayıb. Ölkənin səhiyyə naziri Lemoqanqa Kvape bildirib ki, ölkədə COVID-19 infeksiyasına 3 yoluxma qeydə alınıb. Virusa yoluxanlar karantin rejimindədir. Onlar bu yaxınlarda Tailand və Böyük Britaniyadan qayıdıblar.