Türkiyənin Qaziantep şəhərinin İslahiyə rayonunda 7 mərtəbəli binanın dağıntıları altında qalan 7 nəfərlik Karaca ailəsinin üzvlərindən səs alınıb.

İqtisadiyyat.az bildirir ki, iranlı və türkiyəli xilasedicilərin birgə işlədiyi binanın dağıntıları altından ailənin neçə üzvünün sağ çıxarılacağı dəqiq bilinmir.

Hazırda xilastmə işləri davam etdirilir.