“Azərbaycanda koronavirusu aşkar edən test ehtiyatı kifayət qədərdir”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin BayramlıNazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

R.Bayramlı vurğulayıb ki, ölkəyə gətirilən testlər Almaniya istehsalıdır və tam avtomatlaşdırılıb, nəticə və dürüstlüyü isə yüksəkdir.

TƏBİB sədri əlavə edib ki, ölkədə testlərin maya dəyəri 40 manat civarındadır.