“Azərbaycanda fəaliyyət göstərən dövlət xəstəxanalarında test olunmuş xəstə sayı çox olduğundan cavablar müəyyən qədər gecikmələr olur”.

Bunu həkim-infeksionist Vüsalə Yaşar “Koronavirusla mübarizədə diqqət yetirilməli məqamlar” mövzusunda sualları cavablandıran zaman bildirib. 

Onun sözlərinə görə, bu cür problem bütün dünyada var:

“Dövlət və özəl xəstəxanada test olunmuş xəstə sayı eyni deyil. Özəl xəstəxanalarda daha az insan test verir. Buna görə də cavablar daha tez çıxır. Xəstə sayı artdıqca nəticələrin alınma müddəti uzana bilər”.