"Donald Tramp ölkənin milli təhlükəsizliyinə təhdid yaradır".

İqtisadiyyat.az "The Wall Street Journal"a istinadən xəbər verir ki, bu sözləri Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib.

Onun fikrincə, Tramp ikinci dəfə prezident seçilərsə, ABŞ-nin müdafiə xərclərini azaldacaq, lakin hazırkı dönəmdə hərbi büdcə artırılmalıdır.

Bolton onu da qeyd edib ki, Tramp idarəçiliyə qeyri-sabit yanaşacaq və ölkəni təhlükə altına atacaq. 

 

Əli Ağayev