Müflis olmuş kriptovalyuta birjası FTX-in keçmiş baş direktoru və təsisçisi Sem Bankman-Frid Baham adalarında saxlanılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumatda Bankmen-Frid ABŞ səlahiyyətlilərinin tələbi ilə saxlanılıb. Ona Nyu-Yorkun Cənub Dairəsinin Prokurorluğu tərəfindən təqdim edilən məxfi ittiham aktı təqdim olunub. Bu işdə birjanın təsisçisi yeganə cavabdeh qismində saxlanılıb.

Qeyd edək ki, Kriptovalyuta birjası FTX noyabrın 11-də ABŞ-da iflas elan etmişdi.