ABŞ Prezidenti Co Bayden Varşavada moldovalı həmkarı Maya Sandu ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Moldova mətbuatı məlumat paylaşıb. Bildirilib ki, tərəflər Ukrayna müharibəsinin Moldova üçün nəticələrini müzakirə ediblər. Qeyd olunub ki, Sandu söhbət zamanı ölkəsinin azad dünyanın bir parçası olaraq qalmaq istədiyini bildirib və Moldova rəsmilərinin ölkədə sülh və sabitliyi qorumaq səyləri ilə bağlı danışıb.

Maya Sandu müharibə fonunda Moldovanın iqtisadi sabitliyini gücləndirmək üçün ABŞ-ın daha çox dəstəyinə ehtiyac duyduğunu qeyd edib. Moldova Prezidentinin Baydeni ölkəsinə bir daha səfər etməyə dəvət etdiyi bildirilib.