CNN TÜRK-dən Fulya Öztürk, Ahmet Akpolat və Halil Kahraman Türkiyənin ilk təyyarə gəmisinə xüsusi icazə ilə daxil olublar. SİHA-ların, vertolyotların enib qalxa bildiyi, onlarla tankın daşına bildiyi gəmi 6 ildə tamamlanıb. 20 mərtəbəli yaşayış binası həcmində olan nəhəng gəmidə hava hücumundan müdafiə sistemlərindən tutmuş əməliyyat meydançalarına qədər hər şey var.

Gəmi 1100 bölmədən ibarətdir. 700-dən çox yaşayış otağı və 8 istirahət otağı var. Əməliyyatlar, müharibə, sülh, fəlakət, humanitar yardım kimi hər cür vəziyyət və şəraitdə xidmət edəcək Türkiyənin ən böyük hərbi gəmisi Anadolu artıq Dəniz Qüvvələrinin inventarındadır.