Fevralın ilk ongünlüyündə Çin Xalq Respublikasının Sahil Mühafizəsi İdarəsi (CGU) Cənubi Çin dənizinin mübahisəli sularında bir neçə dəfə peyda olan Filippin Dəniz Polisi qayığını mübahisəli sulardan çıxarmaq üçün tədbirlər görüb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sahil Mühafizəsi İdarəsinin rəsmi nümayəndəsi Qan Yu məlumat verib.

"Filippin Dəniz Polisinin 9701 saylı gəmisi 2-9 fevral tarixlərində bir neçə dəfə Çinin Huangyan adasına (Skarboro) bitişik sulara qeyri-qanuni daxil olub", - agentlik "WeChat" səhifəsində bildirib.

Qan Yu aydınlaşdırıb ki, Çin tərəfi "vəziyyəti peşəkarcasına həll edib". O, ÇXR-in sözügedən sular üzərində "danılmaz suverenliyə" malik olduğunu və öz milli hüquq və maraqlarını "qətiyyətlə müdafiə edəcəyini" vurğulayıb.