Çində ABŞ-ın əczaçılıq şirkəti Pfizer tərəfindən istehsal olunan həb şəklində olan COVID-19 dərmanının reseptlə onlayn satışına icazə verilib.


İqtisadiyyat.az xəbər verir ki, Dövlət Şurası tibb müəssisələrinə verdiyi notada təcili istifadə icazəsi olan COVID-19 dərmanlarının reseptlə internetdə satıla biləcəyini bildirib.

Onlayn klinika Pfizer-in COVID-19 dərmanını bir qutusu 2,980 yuana (427 dollar) müsbət nəticə verən xəstələrə satmağa başlayıb.

Çinin Milli Dərman İdarəsi fevralın 12-də "Paxlovid" dərmanının şərti təcili istifadəsinə icazə verib.

Dərmanın xəstəliyin əlamətləri zəif və ya orta dərəcədə olan, simptomların gedişatının həyati təhlükəsi ola biləcəyi xəstələr üçün istifadə oluna biləcəyi, yalnız yaşlı və ya xroniki böyrək, ürək-damar, ağciyər xəstəlikləri olan xəstələrə təyin oluna biləcəyi qeyd edilib.