Çinin şimalında yerləşən Bayan-Nur şəhərində daha bir nəfər vəba xəstəliyindən vəfat edib.

TASS agentliyi xəbər verir ki, bu barədə Regional Gigiyena və Səhiyyə məsələləri Komitəsi məlumat yayıb.

Komitənin yaydığı açıqlamada qeyd olunur ki, Bayan-Nur şəhərində 2020-ci ilin sonuna qədər yüksəldilmiş epidemioloji vəziyyət tətbiq ediləcək.