Çində koronavirusa yoluxanların sayı artıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Məlumata görə, son 24 saat ərzində 46 nəfər koronavirusa yoluxub, 1 nəfər dünyasını dəyişib, 77 nəfər isə sağalıb. 
Bildirilir ki, 46 nəfərdən 36-sı əcnəbilərdir. Bundan əlavə, Heyluntszyan əyalətində 8 nəfər, Quandunda isə 2 nəfər virusa yoluxub.