Çin 70-dən çox ölkəyə turist turlarının təşkilinə qoyulan qadağanı ləğv edib. 

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bu barədə Çinin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qrup turları Asiya-Sakit Okean, Avropa, Afrika və Şimali Amerikada 79 bölgə üzrə təşkil oluna bilər. Çin hökuməti tərəfindən təsdiqlənmiş bölgələrə Hindistan, Pakistan, Qətər, Banqladeş, Livan, Türkiyə, İsrail, Meksika, Almaniya, Hollandiya və İsveç daxildir.

Nazirliyin açıqlamasında bildirilir ki, yeni tətbiq ölkə üzrə bütün turizm agentlikləri və onlayn platformalar üçün keçərlidir.

Gülşən Şərif