Çin kosmosa "APSTAR-6E" rabitə peykini buraxıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çinin Sinxua xəbər agentliyi məlumat yayıb.

Məlumatda peykin Sıçuan əyalətindəki Xichang Peyk Mərkəzindən Long March 2C raketi ilə buraxıldığı bildirilib.

Peyk Cənub-Şərqi Asiya regionuna yüksək ötürmə qabiliyyətinə malik rabitə xidmətləri göstərəcək.

Qeyd edək ki, buraxılış Long March raketləri ilə həyata keçirilən 460-cı nəqliyyat missiyası idi.