Çin bütün ölkələrin mənafeyi naminə nəqliyyat sektorunda qlobal əməkdaşlığı inkişaf etdirmək üçün səy göstərəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin prezidenti Si Cinpin bildirib.

Onun sözlərinə görə, bu sahədə əməkdaşlıq sosial-iqtisadi inkişafı təşviq edən ən mühüm amillərdən biridir:

“Çin nəqliyyat sektorunda sürətlə inkişaf edir və bu sahədə qlobal əməkdaşlığı təşviq etmək üçün səy göstərir. Biz bütün ölkələrlə əməkdaşlığa hazırıq və nəqliyyat sektorunda davamlı inkişafın əldə olunmasına kömək edəcəyik”.

 

Gözəl Həşimova