Pekin Çin şirkətlərinin qanuni hüquq və maraqlarını qətiyyətlə qorumaq üçün hər şeyi edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çinin Londondakı səfirliyi xəbərdarlıq edib.

“Biz Britaniya tərəfini əmin edirik ki, Çinin maraqlarına zərər vuran istənilən hərəkətə cavab veriləcək”, - deyə məlumatda bildirilir.

Belə ki, Rusiyaya qarşı tədbirlər çərçivəsində Böyük Britaniya Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Siyahıya Çində yerləşən şirkətlər – “Finder Technology LTD”, “JUHANG Aviation Technology” (“Shenzhen”)  daxil edilib.  Rəsmi London bu addımı Ukraynaya dəstək məqsədilə atdığını bildirib.

Bundan əvvəl Böyük Britaniya Rusiyaya qarşı silah-sursat istehsalçıları, elektronika şirkətləri, almaz və neft ticarəti şirkətlərini əhatə edən sanksiyalar tətbiq edib.

Çindən üç, Belarusdan iki, Türkiyə və BƏƏ-dən bir şirkət bu məhdudlaşdırıcı tədbirlərə məruz qalıb.