Meksika əsrin əvvəlindən bəri ilk dəfə olaraq Çini geridə qoyaraq ABŞ-nin ən böyük idxalçısı olub.

İqtisadiyyat.az “Associated Press”ə istinadən xəbər verir ki, 2023-cü ildə Meksikadan ABŞ-yə tədarüklər təxminən beş faiz artaraq 475 milyard dolları keçib. Bu, əsrin əvvəlindən bəri ilk dəfə olaraq Meksikanın ABŞ-nin ən böyük idxalçısı kimi Çini ötməsinə imkan verib.

Həmçinin qeyd olunub ki, Çin idxalı 20 faiz itirərək 427 milyard dollara düşüb. Bütövlükdə, dünyanın iki ən böyük iqtisadiyyatı arasında iqtisadi əlaqələr son illərdə geosiyasi gərginlik və ticarət müharibəsi nəticəsində ağır zərbə alıb.