Xəzərdə batma təhlükəsi ilə üzləşmiş bir neçə nəfər xilas edilib.

Bu barədə İqtisadiyyat.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan” və “Zuğulba-3” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.