Cənubi Amerika ölkəsi Çilinin mərkəzi və cənub bölgələrində davam edən meşə yanğınları nəticəsində ölənlərin sayı 122-yə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Məhkəmə Tibbi Ekspertiza Xidməti məlumat yayıb.

Yanğınlar yaşayış məntəqələri üçün təhlükə yaratdığına görə ölkədə fövqəladə vəziyyət elan edilib.

Məlumata görə, Çilinin mərkəzi və cənub bölgələrində meşə yanğınları genişlənir. Yanğınlarda həyatını itirənlərin sayı günü-gündən artır.

Ölkə üzrə 158 meşə yanğını barədə məlumat daxil olub. Bəzi şəhərlərdə təxliyə əməliyyatları davam edir.