Bu ilin sentyabrında Avrozonada inflyasiya illik ifadədə 1,8% artıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa İttifaqının statistika idarəsi (Eurostat) məlumat yayıb.
Avqustda inflyasiya 2,2% təşkil edib. Avrozonada istehlak qiymətləri sentyabrda aylıq müqayisədə 0,1% azalıb.
Ötən ay xidmətlərin dəyərinin artımı illik ifadədə 4,1%-dən 4%-ə enib.
Gözəl Həşimova