Avropa Komissiyası (AK) Livanda ən çox ehtiyacı olan insanlara humanitar yardım üçün əlavə 30 milyon avro ayrıldığını elan edib.

İqtisadiyyat.az bu barədə "İnterfax"a istinadən xəbər verir.

"Yaxın Şərqdə davam edən gərginlikdən son dərəcə narahatam. Bütün tərəflər günahsız mülki insanların həyatını qorumaq üçün mümkün olan hər şeyi etməlidir. Bu gün biz Livan xalqına humanitar yardımımızı artırırıq. Bu çox çətin dövrdə mülki şəxslərə yardım lazım idi. Biz Livanla sərhəddə və Qəzza zolağında atəşkəsə, eləcə də bütün girovların azad edilməsinə çağırış etməyə davam edirik”, - AK prezidenti Ursula fon der Leyen qeyd edib.

O xatırladıb ki, bu vəsait artıq sentyabrın 29-da elan edilmiş 10 milyon avroya əlavədir və 2024-cü ildə Aİ-nin Livana humanitar yardımının ümumi həcmi 104 milyon avroya çatır.

 

Gözəl Həşimova