Rusiya xarici işlər naziri Sergey Lavrov və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov görüşdə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün səylərin artırılmasının zəruriliyini təsdiqləyiblər.

Bu barədə İqtisadiyyat.az TASS-a istinadən xəbər verir.

“Regional məsələlərin müzakirəsi kontekstində 2020-2022-ci illər üçün ən yüksək səviyyədə üçtərəfli sazişlər toplusu əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün səylərin artırılması zərurəti təsdiqlənib”, - deyə məlumatda bildirilir.

Məlumata görə, tərəflər ikitərəfli münasibətlərin aktual məsələlərinə toxunublar.  Bundan əlavə, nazirlər qarşılıqlı maraq doğuran bir sıra beynəlxalq və regional məsələlər, o cümlədən “Xəzər beşliyi” çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

 

Gözəl Həşimova