Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.

Bu barədə İqtisadiyyat.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətindən məlumat verilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşünün keçirilməsi nəzərdə tutulur.