Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moskvada keçirilən Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşündə bəyanatla çıxış edib

İqtisadiyyat.az xəbər verir ki, bu barədə nazirin "X" hesabında paylaşım edilib.

"Xəzər regionunun iqtisadiyyat, enerji, əlaqə, ətraf mühit və s. daxil olmaqla müxtəlif sahələrdə tam potensialının reallaşdırılması üçün dialoqun davam etdirilməsinin vacibliyini vurğulanıb", - paylaşımda qeyd olunub.