Sabah Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş keçiriləcək.

Görüş Rusiya XİN-nin Qəbullar Evində baş tutacaq.

Rusiya XİN-nin məlumatına görə, dekabrın 23-də Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşünün keçirilməsi planlaşdırılırdı. Lakin İrəvan nazirlərin üçtərəfli görüşündə iştirakdan imtina edib.