Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “3+3” formatında birinci nazirlər görüşündə iştirak etmək məqsədilə İran İslam Respublikasına işgüzar səfərə yola düşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun tədbirdə çıxışı, eləcə də ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün İranın paytaxtı Tehranda “3+3” regional formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) çərçivəsində keçiriləcək görüşdə iştirak edəcək.

Bu barədə İqtisadiyyat.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, C.Bayramov oktybarın 23-də İrana yola düşəcək.

Qeyd edək ki, Gürcüstan Xarici İşlər Nazirliyi rəsmi Tbilisinin Tehranda “3+3” regional formatında keçiriləcək görüşdə iştirak etməyəcəyini təsdiqləyib. Elə ilk dəfə də “3+3” formatında görüş ötən il Gürcüstanın iştirakı olmadan Moskvada baş tutub.

Bu gün İranın paytaxtı Tehranda xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək görüşdə isə siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.