Azərbaycan bu ilin yanvar-iyun aylarında Çexiyaya 427 milyon dollar dəyərində 698,7 min ton neft ixrac edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 64,5%, dəyər baxımından isə 119,7 milyon dollar və ya 39% çoxdur.

Məlumata görə, hesabat dövründə Çexiya Azərbaycandan ən çox neft idxal edən 6-cı ölkə olub.

 

Gözəl Həşimova