Cəlilabad rayonunda yol qəzasında yaralanan şəxslər kartof sahəsindən qayıdan fəhlələr olub.

İqtisadiyyat.az xəbər verir ki, "QAZel" markalı mikroavtobusun sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb. 

Hadisədə 8 nəfər xəstəxanaya müraciət edib. Yaralılar fərdi maşınlar və təcili tibbi yardım avtomobilləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir. 

Qəzaya səbəb kimi mikroavtobusun sükanında yaranmış problem göstərilir.

20:28

Köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində mikroavtobus aşıb.

İqtisadiyyat.az xəbər verir ki, nəticədə 10-na yaxın şəxs xəsarət alıb.

Hazırda yaralılar xəstəxanaya aparılır.

Faktla bağlı araşdırma başlayıb.