Cəlilabad rayonunda dördotaqlı ev yanaraq kül olub.

İqtisadiyyat.az xəbər verir ki, hadisə rayonun Soyuqbulaq kəndində 1991-ci il təvəllüdlü Kamran Əsədullayevə məxsus ümumi sahəsi 96 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evdə qeydə alınıb.

Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin və Göytəpə Şəhər Yanğından Mühafizə Bölməsinin əməkdaşları və texnikası cəlb olunsa da, ev tamamilə yanaraq kül olub.

Məlumata görə, ev sahibləri evdə olmadığından yanğından gec xəbər tutublar. Sözügedən dağlıq kənd Cəlilabadın mərkəzindən 24 km uzaqlıqda yerləşir. 

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.