Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri keçən il dəvət aldıqdan sonra BRİCS blokuna qoşulduqlarını təsdiqləyiblər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qeyd edək ki, Avqust ayında Yohannesburqda keçirilən sammitdə beş ölkə Argentina ilə birlikdə Braziliya, Rusiya, Çin, Hindistan və Cənubi Afrikanın daxil olduğu bloka qoşulmaq üçün dəvət alıb.

Qeyd edilib ki, Argentina qoşulmaq dəvətini rədd edib: "BRİCS-ə üzv ölkələrlə bağlı təsdiqlərə gəlincə, altı ölkədən beşi qoşulmaq niyyətini təsdiqləyib. Bunlar: Səudiyyə Ərəbistanı, BƏƏ, Efiopiya, İran və Misirdir. Argentina məktubunda əvvəlki administrasiyanın BRİCS-in tamhüquqlu üzvü olmaq istəyinə qoşulmayacaqlarını bildirib və biz onların qərarını qəbul edirik".