"Zəlzələdə həyatını itirən qardaşlarımızın yaxınlarına səslənirəm. Bu binaların hamısını 1 il içində bərpa etmə tapşırığı vermişik".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Adıyamandakı çıxışında Türkiyə prezidenti R.T. Ərdoğan deyib. O, həmçinin qeyd edib: 

"Zəlzələ 500 kilometrlik bir əraziyə təsir etdiyi üçün işimiz çətin oldu. Bölgədə qış fəsli olması və havanın soyuq olması da işimizi çətinləşdirdi. Bütün bunlara baxmayaraq dövlətimizin bütün imkanlarını bu bölgəyə yönəltmişik. Dövlətimiz bütün imkanlarıyla vətəndaşın yanındadır".