"Türkiyədə meydana gələn bu zəlzələ dünya tarixinin ən güclü quru zəlzələlərindən biri oldu".

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bunu Yaponiyanın Tohoku Universitetinin professoru Toda Şinji deyib. O qeyd edib ki, bu tip zəlzələlər min ildə bir dəfə baş verir: 

"Bu zəlzələnin episentiri Yer səthinə çox yaxın idi, onun üçün bu qədər güclü oldu. Yer qabığında qüvvətli bir hərəkətlənmə oldu. Bu min ildə bir baş verən zəlzələdir".