Bakının bir sıra yollarında sıxlıq müşahidə edilir.

İqtisadiyyat.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən bildirir ki, hazırda yollardakı vəziyyət belədir:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

4. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.