"Türkiyə hakimiyyəti 2028-ci ilə qədər prezident Rəcəb Tayyib Ərdoğanın səlahiyyət müddəti bitmədən növbədənkənar prezident seçkiləri keçirməyi planlaşdırmır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Mehmet Uçum "X" səhifəsində yazıb.

"Türkiyə 2028-ci ilə qədər növbədənkənar seçkilər olmadan dörd il ərzində bütün sahələrdə islahatlar aparacaq. Prezident Ərdoğanın liderliyi Türkiyəni yeni mərhələyə aparacaq. Buna heç kimin şübhəsi olmasın”, - o, qeyd edib.

 

Gözəl Həşimova