Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə Azərbaycanda banklar tərəfindən ümumilikdə 13 milyard 58 milyon 34 min manat kredit verilib.
Yeniavaz.com Mərkəzi Bankın (MB) açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, əvvəlki ilin analoji dövrü ilə müqayisədə kreditlər 12% və ya 1,39 milyard manat artıb.
Verilən kreditlərlə bağlı maraqlı məqamlardan biri odur ki, ötən ilin aprel ayının əvvəlində Kəlbəcər-Laçın (Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonları) iqtisadi rayonunda 305,1 min manat kredit verildiyi göstərilb. Bu ilin əvvəlində isə bu göstərici 286,5 min manat olub. Bu ilin aprel ayının əvvəlində isə bu göstərici 0 manat olub.
Açıqlanan rəqəmlərdən belə görünür ki, son bir ildə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonları üzrə verilən kreditlər geri qaytarılıb. Lakin onu da bildirək ki, ötən ilin aprelin əvvəlinə olan məlumata görə verilən kreditlərin 96%-i və ya 292,6 min manatı, bu ilin əvvəlində isə 95,5%-i və ya 273,5 min manatı uzunmüddətli kreditlər olub.