Qərbi Afrika ölkələrindən biri olan Nigeriyanın Taraba əyalətində silahlı şəxslər 23 nəfəri qaçırıblar.

İqtisadiyyat.az dünya mediasına isinadən xəbər verir ki, silahlı şəxslər Taraba əyalətinin Yorro bölgəsinə basqın ediblər.

Məlumata görə, ölkədə adam oğurluğu cinayəti ölümlə cəzalandırılsa da, fidyə müqabilində adam oğurluğu hallarına rast gəlinir.

Silahlı şəxslər ümumiyyətlə ölkənin şimalındakı kəndləri və məktəbləri hədəf alırlar.

 

Gözəl Həşimova