Pakistanın Kəraçi şəhərində sürətlə azalan sərçələr sayılacaq və siyahıya alınacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Pakistan şöbəsinin texniki müşaviri Məhəmməd Moazzam Xan bildirib.

Onun sözlərinə görə, siyahıyaalmanın bir hissəsi olaraq, Pakistandakı vəhşi təbiət rəsmiləri təxminən 20 milyon insanın yaşadığı metropolda sərçələrin olduğu xüsusi yerlərə diqqət yetirəcəklər.

Bildirilib ki, son 20 ildə Kəraçidə sərçələrin sayı 60-70% azalıb.

Qeyd edilib ki, sərçələr bir yeri tərk edirsə, bu, oradakı havanın keyfiyyətinin pis olmasından xəbər verir. Ətraf mühitin çirklənməsi sərçələrin yaşayış yerlərinin və onların növünün azalmasına səbəb olur.

 

Gözəl Həşimova