Danimarka ilk dəfə olaraq qadınlara icbari hərbi xidmətin genişləndirilməsi və standart xidmət müddətinin artırılması planlarını açıqlayıb.

İqtisadiyyat.az xəbər evrir ki, bu barədə Danimarkanın Baş naziri Metter Frederiksen bildirib.

Onun sözlərinə görə, Danimarka NATO hədəflərinə çatmaq üçün növbəti beş il ərzində müdafiə büdcəsini təxminən 6 milyard dollar artırmağı planlaşdırır.

Qeyd edək ki, hazırda Danimarkada qadınlar könüllü olaraq orduya qatıla bilir. Kifayət qədər könüllü olduğundan kişilər lotereya sistemi ilə hərbi xidmətə çağırılır və qanuni olaraq 4 ay xidmət göstərirlər.

 

Gözəl Həşimova