Cənubi Amerika ölkəsi Boliviyada son 3 ayda leysan yağışlarının səbəb olduğu daşqınlarda 52 nəfər həyatını itirib.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bir çox şəhərə təsir edən yağışlar çoxlu sayda insan itkisinə və dağıntılara səbəb olub.

Daşqınlar nəticəsində 5 nəfər itkin düşüb, 911 ev dağılıb.

Məlumata görə, leysan yağışları 133 qəsəbədə daşqınlara səbəb olub və 51 min 668 insan zərər çəkib.

 

Gözəl Həşimova