Argentinada fəaliyyət göstərən neft şirkətləri yeni hökumət ilk iqtisadi tədbirləri, o cümlədən devalvasiyanı elan etdikdən sonra benzin və dizelin qiymətini 35-40% bahalaşdırıb.

Bu barədə İqtisadiyyat.az "La Nacion" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, ilin əvvəlindən bəri ölkədə benzinin qiyməti 230%-dən çox artıb.

Qeyd edək ki, dekabrın 12-də Argentinanın iqtisadiyyat naziri Luis Kaputo yeni hökumətin ilk iqtisadi tədbirlərini təqdim edib. O, hakimiyyətin əsas məqsədinin büdcə kəsiri ilə, o cümlədən subsidiyaları azaltmaqla mübarizə aparmaq olacağını açıqlayıb.

 

Gözəl Həşimova