Kolumbiyada benzinin qiyməti 50% artaraq 2,50 dollardan 3,40 dollara yüksəlib.

Bu barədə İqtisadiyyat.az "Associated Press"ə istinadən xəbər verir.

Ölkədə benzinin qiymətinin kəskin artması səbəbilə minlərlə avtomobil və motosikletli vətəndaşlar şəhərlərdə etiraz aksiyaları keçirirlər.

Hökumətin məlumatına görə, benzin subsidiyaları ildə təxminən 11 milyard dollara başa gəlir. Buna görə də ölkənin yanacağının əsas hissəsini istehsal edən neft şirkəti "Ecopetrol"a borcları ödəmək üçün subsidiyaları ləğv etməli və sosial proqramlar üçün daha çox vəsait ayırmalıdır.

Bildirib ki, administrasiya ölkənin kənd yerlərində zorakılığı dayandırmaq və bu il 1% böyüməsi gözlənilən Kolumbiya iqtisadiyyatını gücləndirmək üçün mübarizə aparır.

 

Gözəl Həşimova